İspaniyanın "Barselona" klubunun prezidenti Sandro Rosell istefa verib.
Bu barədə sözügedən ölkə mətbuatı məlumat yayıb.
Məlumata görə, o, "Barselona"nın prezidenti vəzifəsindən sui-istifadə etməkdə və oyun alqı-satqısında günahlandırıldığı üçün istefaya gedib.
Qeyd edək ki, rəsmi qərarın yerli vaxtla saat 19:00-da açıqlanacağı gözlənilir.