Avropa Liqasında pley-off mərhələsinə start verilib.
İdmanxeber.az-ın məlumatına görə, saat 21:45-də start götürən 4 oyun başa çatıb. Gecənin mərkəzi qarşılaşmasında “Barselona” doğma meydanda “Mançester Yunayted”i qəbul edib. Görüş 2:2 hesabı ilə sona çatıb.
Digər qarşılaşmalardan biri Niderlanda baş tutub. “Ayaks” evdə “Union” (Berlin) klubu ilə üz-üzə gəlib. Matçda qapılara qol vurulmayıb – 0:0.
Gecənin digər iki görüşü isə “Şaxtyor” – “Renn” və “Zalsburq” – “Roma” matçları olub. Ukraynadakı oyunda ev sahibi komanda rəqibini 2:1 hesabı ilə məğlub edib. Avstriya təmsilçisi isə “canavarlar”la görüşdən üstün ayrılıb – 1:0.
Turun digər matçları saat 00:00-da start götürüb.