"Barselona"nın prezidenti Josep Mariya Bartomeu "Borussiya"nın (Münhenqladbax) qapıçısı Andre Ter Steqenlə maraqlandıqlarını təsdiqləyib.
O, Viktor Valdesin yerinə belçikalı qolkiperi komandaya gətirmək istədiklərini deyib:
"Bu barədə çox danışmayacam. O, maraq dairəmizdə olan futbolçulardandır. Ancaq təbii ki, başqa namizədlər də var".