27 Fevral 2024
Dünyadan

“Barselona”da “yarpaq tökümü”: 11 futbolçu gedir, 2-si gəlir (ADLAR)

İspaniyanın “Barselona” klubundan yayda kütləvi gediş baş tuta bilər.

İdmanxeber.com-un məlumatına görə, Kataloniya təmsilçisi yayda Viktor Valdes, Pinto, Daniel Alveş, Karles Puyol, Aleks Sonq, Dos Santos, Telyo, İbrahim Afellay, Kuenka, Sesk Fabreqas və Aleksis Sançeslə yolları ayıracaq. 

İspaniya mətbuatının yaydığı xəbərə görə, “Barsa” komandadan ayrılacaq futbolçuların yerinə komandaya kimləri gətirəcəyini dəqiqləşdirib. Hələlik onlardan ikisinin adı məlumdu.

İspaniya nəhəngi Puyolun mövqeyinə Dortmund “Borussiya”sından Mats Hummelsi, Daniel Alveşin mövqeyinə isə “Fiorentina”dan Xuan Quillermo Kuadradonu almağı planlaşdırır


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43