"Barselona" aparcı futbolçularından olan Rafinya Alkantara ilə yeni müqavilə imzalayıb.
İdmanxeber.com-un məlumatına görə, braziliyalı yarımmüdafiəçinin sözləşməsi 2020-ci ilə qədər uzadılıb.
Yeni müqaviləyə əsasən, Alkantaranın transfer qiyməti 75 milyon avro dəyərində müəyyənləşdirilib.
Gənc yaşlı futbolçunun Kataloniya klubu ilə 2016-cı ilə qədər müqaviləsi var idi.