Türkiyənin “Antalyaspor” klubu heyətini gücləndirməkdə davam edir.
İdmanxeber.com-un məlumatına görə, “ağ-qırmızılılar” daha 3 oyunçunun keçidini rəsmiləşdirib.
Antalyalılar “Beşiktaş”dan Ömər Şişmanoğlunu 1.5 illik icarəyə götürüb. Bundan başqa, komanda “Mersin İdman Yurdu”ndan Oktay Delibalta və İspaniyanın 3-cü Liqasında çıxış edən “Barselona”nın 2-ci komandasında (“Barselona II”) oynayan Lionel Enquene ilə də anlaşıb.