“Barselona” Kral Kubokunun 1/16 finalında ölkənin dördüncü divizion klubu “Barbastro”ya qalib gəlib.
İdmanxeber.az-ın məlumatına görə, oyun 3:2 hesabı ilə Kataloniya klubunun xeyrinə başa çatıb. Komanda 20 matçdır birdən çox qol fərqi ilə qalib gələ bilmir. Bu da klub tarixində bir ilkdir.
“Barselona” sonuncu dəfə sentyabrın 19-da Çempionlar Liqasında “Antverpen”lə oyunda (5:0) böyük fərqlə qalib gəlib.
“Barsa” hazırda İspaniya çempionatında 3-cü yerdədir. Komanda 19 turdan 41 xal toplayıb.