İtaliya millisinin futbolçusu Corco Kyellinini dişlədiyi üçün dörd ay müddətinə futboldan uzaqlaşdırılan Uruqvay millisinin ulduz futbolçusu Luis Suares yeni mövsümdən etibarən karyerasını "Barselona"da davam etdirəcək.
İdmanxeber.com-un məlumatına görə, artıq tərəflər arasında bütün detallar razılaşdırılıb.
İngiltərənin “The Mirror” qəzetinin verdiyi xəbərdə o da bildirilir ki, bu keçidə görə, "Barselona" "Liverpul"a 24 milyon funt-sterlinq ödəyəcək. Bundan əlavə, imzalanacaq müqaviləyə əsasən, “Barselona”nın hücumçusu Aleksis Sançesi də ingilislərə verəcək.