Dünyadan

“Barselona”dan flaş transfer həmləsi: Aleksiz Sançesi də bu futbolçuya “qurban” verirlər

Arturo Vidalın “Yuventus”dakı parlaq çıxışı “Barselona”nı əl-ayağa salıb.

İdmanxeber.com-un məlumatına görə, “qoca sinyora” ilə 2017-ci ilədək müqaviləsini yeniləyən çilili yarımmüdafiəçi “Barselona”nın israrla heyətinə qatmaq istədiyi futbolçulardan biridi. 

Kataloniya klubu Aleksiz Sançes və müəyyən miqdarda da pul verməklə Vidalı İspaniyaya gətirmək niyyətindədi. 

“Sky İtalia”nın xəbərinə görə, “Barselona” növbəti günlərdə “Yuventus” rəhbərliyi ilə görüşərək transferi sonlandırmağa çalışacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43