“Barselona”nın vingeri Rafinya Kataloniya komandasını tərk edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
İdmanxeber.az-ın məlumatına görə, o, sosial şəbəkə hesabından bu barədə paylaşım edib. Rafinya xəbərlərin doğru olmadığını bildirib:
“Barselona”dan ayrılacağım yönündəki xəbərlər saxtadır. Beləsi məlumatları yayanlar sahələrində peşəkar deyillər”.
Rafinya 2022-ci ilin yayında “Lids”dən “Barselona”ya keçib. Onun müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
O, cari mövsüm bütün yarışlarda 45 oyuna çıxıb, 10 qol vurub və 11 məhsuldar ötürmə edib.