“Barselona”nın üzvü Ses Fabreqası rənglərinə bağlamağa çalışan üç İngiltərə nəhəngi – “Arsenal”, “Mançester Siti” və “Çelsi” 40 milyon avrosundna keçməli olacaq.
İdmanxeber.com-un məlumatına görə, İspaniya millisinin də şərəfini qoruyan yarımmüdafiəçini heyətində görmək istəyən komanda məhz bu məbləği Kataloniya klubuna verməlidi.
İspaniya klubu təcrübəli oyunçunu “Çelsi”, “Arsenal” və “Mançester Siti”yə təklif edib. “Barsa” hazırda adıçəkilən klublardan cavab gözləyir.