27 Oktyabr 2024
Dünya futbolu

“Barselona”dan Madrid klubuna

“Barselona”nın müdafiəçisi Kleman Lanqle komandadan ayrıla bilər.

İdmanxeber.az-ın məlumatına görə, oyunçunun xidmətində “Atletiko” maraqlıdır. Artıq klublar transferdə anlaşıblar. 

Transferə görə “Atletiko”nun “Barselona”ya nə qədər təzminat verəcəyi bəlli deyil.

29 yaşlı müdafiəçinin Kataloniya təmsilçisi ilə müqaviləsi 2026-ci il iyunun 30-na qədərdir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43