“Barselona” yarımmüdafiəçisi Pedri ilə bağlı qərar qəbul edib.
İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik yaxın vaxtlarda futbolçunun müqaviləsini 2030-cu ilə qədər uzatmağa hazırlaşır. 22 yaşlı yarımmüdafiəçinin “Barselona” ilə hazırkı sözləşməsi 2026-cı ilin yayına qədərdir.
O, cari mövsümdə komandanın heyətində 25 matçda 4 qol vurub və 3 məhsuldar ötürmə edib.