İspaniyanın “Barselona” klubu transfer qadağasına baxmayaraq indidən çalışmalara başlayıb.
İdmanxeber.com Kataloniyanın “Sport” qəzetinə istinadən xəbər verir ki, Kataloniya klubu PSJ-dən Veratti, “Porto”dan Danilo və “Palermo”dan Paulo Dybalanı heyətinə qatmağı planlaşdırır. Dünya nəhəngi bu 3 futbolçunun transferini 2016-cı ilin yanvar ayında həyata keçirməyi düşünür.
Danilo mövsümün sonunda müqaviləsi bitəcək Dani Alveşə əvəzləyici kimi baxılır. Böyük ehtimalla Alveş yayda “Barsa”dan gedəcək.