Dünya futbolu

“Barselona”dan Premyer Liqaya

“Barselona”nın futbolçusu Hektor Bellerin karyerasını İngiltərədə davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Everton” klubu futbolçunu rənglərinə bağlamaq istəyir. Tərəflərin yaxın günlərdə danışıqlara başlayacağı gözlənilir.

Xəbərdə Kataloniya təmsilçisinin Bellerinin performansından razı olmadığı və bu səbəbdən də komandadan ayrılmasına müsbət yanaşdığı bildirilir.

İspaniyalı 2014-2021-ci illərdə “Arsenal”da çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43