“Barselona” futzal komandasının məşqçisi Mark Karmona UEFA Kubokunun Dördlər finalı çərçivəsində komandasının rəqibi olacaq “Araz” haqda fikirlərini bildirib. Karmona bunları söyləyib:
“Püşkü normal qəbul edirəm. Bizim üçün kimə qarşı oynamağın xüsusi fərqi yox idi. Buna rəğmən, meydan sahibləri ilə oyun, həmişə çətin olub. Düşünürəm ki, biz finala çıxıb Kuboku Bakıdan aparmaq gücündəyik”.