“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq karyerasını “Əl İttihad”da davam etdirəcək.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu bir müddətdi Səudiyyə Ərəbistanı təmsilçisi ilə danışıq aparır. Klub De Yonqa görə Kataloniya təmsilçisinə 50 milyon avro təklif edib.
Rəhbərlik bu məbləğə futbolçunu buraxmağa hazırdı. Bu mövsüm Frenki de Yonq “Barselona”nın heyətində bütün turnirlərdə 16 oyun keçirib, 1 qol vurub və 1 qolun ötürməsini verib.