29 Oktyabr 2024
Dünya futbolu

“Barselona”nın futbolçusu İngiltərədə bu klubda oynamaq istəyir

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq karyerasını “Mançester Yunayted”də davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, 27 yaşlı niderlandlı futbolçu İngiltərədə oynamağa müsbət yanaşır. “Qırmızı şeytanlar” yaxın günlərdə “Barselona”ya rəsmi təklif göndərəcək.

İspaniya klubu oyunçunu 60 milyon avroya satmağa hazırdır. “Barselona” Frenki de Yonqu 2019-cu ilin yayında “Ayaks”dan transfer edib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43