“Barselona”nın vingeri Ferran Torres karyerasını İngiltərədə davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Çelsi” ispaniyalı futbolçunun xidmətində maraqlıdır. London klubu yayda onun üçün təxminən 30 milyon avro ödəməyə hazırdır.
Torres daha əvvəl İngiltərə Premyer Liqasında “Mançester Siti”də çıxış edib, 2022-ci ildə “Barselona”ya keçib.
Onun “Barselona” ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir.