"Barselona"nın keçmiş qapıçısı Viktor Valdesin yeni klubu məlum olub.
İdmanxeber.com-un məlumatına görə, İngiltərənin "Mançester Yunayted" klubu qapıçı ilə 1,5 illik müqavilə bağlayıb. Zədə səbəbindən uzun müddətdir yaşıl meydanlardan uzaq qalan Valdes artıq zədəsini sağaldıb və məşqlərdə iştirak edir.