“Barselona”nın hücumçusu Rafinya Kataloniya klubunda qalacaq.
İdmanxeber.az-ın məlumatına görə, komandanın baş məşqçisi Hans Flik 27 yaşlı braziliyalını əsas oyunçu kimi görür. Eyni zamanda Səudiyyə Ərəbistanı klublarlarından biri də futbolçu üçün yarışır və 100 milyon avro ödəməyə hazırdır.
Braziliyalı 2022-ci ilin yayından kataloniyalıların heyətində çıxış edir. Ötən mövsüm o, 37 matçda iştirak edib, 10 qol vurub, 13 məhsuldar ötürmə edib.