“Barselona”nın futbolçusu Andres Kristensen zədəsini sağaldıb.
İdmanxeber.az-ın məlumatına görə, 5 aydır zədədən əziyyət çəkən oyunçu artıq məşqlər başlayıb.
Qeyd edək ki, A. Kristensen 2022-ci ilin yayında İngiltərənin “Çelsi” klubundan “Barselona”ya keçib. O, La Liqa təmsilçisinin heyətində 75 oyun keçirib və 4 qolla yadda qalıb.