Dünyadan

“Barselona”nın futbolçusuna banan atan azarkeşə şok cəza

“Barselona”nın “Vilyareal”ı 3:2 hesabı ilə məğlub etdiyi qarşılaşmada Kataloniya klubunun üzvü Daniel Alveşə banan atan şəxsin kimliyi müəyyənləşib. 

İdmanxeber.com-un məlumatına görə, bu barədə “Vilyareal” klubu rəsmi saytı ilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, braziliyalı futbolçuya qarşı irqçi hərəkət edən həmin fanatın  “El Madriqal” stadionuna girişinə ömürlük qadağa qoyulub. Bundan əlavə sözügedən azarkeşə yüksək məbləğdə cəza verilib. Hətta onun İspaniyanın bütün stadionlarına girişinə ömürlük qadağa qoyulması ehtimal olunur. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43