28 Sentyabr 2024
Dünya futbolu

“Barselona”nın hücumçusu karyerasını bitirə bilər

 “Barselona”nın hücumçusu Rafinya karyerasını başa vura bilər.

İdmanxeber.az-ın məlumatına görə, 27 yaşlı oyunçu bu barədə açıqlama verib. O bildirib ki, şəxsi həyatı və karyerasındakı problemlər səbəbindən futboldan getməyi düşünür. Rafinya azarkeşlərin ona çox təzyiq etdiyini vurğulayıb.

Braziliyalı ücumçu 2022-ci ilin yayında 58 milyon avroya İngiltərənin “Lids” klubundan Kataloniya təmsilçisinə transfer olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43