“Barselona”nın baş məşqçisi Xerardo Martino bu axşam “Real Sosyedad”a qarşı oynayacaqları oyunda iki futbolçuya istirahət verəcək.
Belə ki, bu qarşılaşmada Neymar və Viktor Valdez çıxış etməyəcək. Argentinalı çalışdırıcı bu iki futbolçunun çox yükləndiyi üçün onlara istirahət verib.
Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.