Dünya futbolu

“Barselona”nın mənə inanmadığını hiss edib oranı tərk etdim”

“Arsenal”ın müdafiəçisi Ektor Belerin “Barselona”ya qayıdışı haqda danışıb.

İdmanxeber.com-un məlumatına görə, bu barədə açıqlama verən futbolçu “Barselona”nı heç vaxt unutmayacağını bildirib.

“Bir neçə böyük klubun mənimlə maraqlanması əladır. “Barsa” da onların arasında olduqda bu hiss bir qədər də möhtəşəm olur. Mən heç bir vaxt harda yetişdiyimi unutmuram. “Barselona”da keçirdiyim vaxtları yaddan çıxartmaram.

“Barselona”nın mənə inanmadığını hiss edib oranı tərk etdim. Fikrimcə, məni qiymətləndirmirdilər. 16 yaşlı futbolçunu komandadan kənarda saxalamaq olmaz. Mən orada özümü yaxşı hiss etmirdim”, – deyə futbolçu qeyd edib.

Qeyd edək ki, 2013-cü ildən “Arsenal”ın şərəfini qoruyan futbolçu “topçular”ın heyətində 102 oyun keçirib və 3qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43