13 Sentyabr 2024
Dünya futbolu

“Barselona”nın müdafiəçisi “Atletiko”da

“Barselona”nın mərkəz müdafiəçisi Kleman Lanqle mövsümün sonuna qədər icarə əsasında “Atletiko”ya keçib.

İdmanxeber.az-ın məlumatına görə, oyunçuyla 2024-2025 mövsümünün sonuna qədər sözləşmə imzalanıb. 29 yaşlı fransalı futbolçu 2018-ci ilin yayında “Sevilya”dan transfer edilib. O, ötən mövsümü icarə əsasında “Aston Villa”da keçirib.

Lanqle “Barselona”nın heyətində 160 oyun keçirib və 7 qol vurub. Onun Fransa millisində 15 matçda 1 qolu var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43