“Barselona”nın müdafiəçisi Alexandro Balde karyerasını İngiltərədə davam etdirə bilər.
İdmanxeber.az-ınməlumatına görə, 21 yaşlı müdafiəçinin xidmətində “Mançester Yunayted” maraqlıdı. İngiltərə klubu yayda futbolçu üçün 40 milyon avro ödəməyə hazırdır.
Bu mövsüm Balde 31 oyun keçirib, o, 1 qol vurub və 4 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı futbolçunun dəyərini 50 milyon avro qiymətləndirir.