İspaniya La Liqasında yeni mövsümün ilk turunun “Barselona” – “Elçe” matçında maraqlı hadisə yaşanıb.
İdmanxeber.com-un məlumatına görə, matçın ilk dəqiqəsində meydançaya qara pişik girib. Pişik “Barselona”nın oyunçusu Masçeranonun üstünə gəlib. Sonradan hakim görüşü iki dəqiqədən artıq saxlamalı olub. Maraqlısı isə ilk hissənin sonlarında argentinalı futbolçunun qırmızı vərəqə alaraq meydandan qovuluması olub.