“Barselona”nın qapıçısı Mark-Andre Ter Ştegen komandasını tərk edəcək.
İdmanxeber.com-un məlumatına görə, o, İspaniyanı İngiltərə Premyer Liqasına dəyişəcək.
“Goal.com” portalının verdiyi məlumata inansaq, “Liverpul”un baş məşqçisi Yürgen Klopp alman qapıçını israrla istəyir.
Simyon Minyolenin oyunundan narazı olan Klopp Ter Ştegenə görə “Barsa”ya 20 milyon avro ödəməlidi.