“Barselona”nın argentinalı futbolçusu Xavyer Maskerano “Napoli”, “Çelsi” və “Yuventus”dan təklif alıb.
İdmanxeber.com-un məlumatına görə, 29 yaşlı müdafiəçinin “Barsa” ilə müqaviləsi mövsümün sonunda bitir. Argentinalının hansı qərar verəcəyi maraqla gözlənilir.
Əgər Maskerano “Napoli”ni seçərsə “Xəzər Lənkəran”ın sabiq qapıçısı Toni Doblasın komanda yoldaşı olacaq. Çünki ispaniyalı qolkiper bir müddət öncə “Napoli”ylə müqavilə bağlamışdı.