05 Oktyabr 2024
Dünya futbolu

“Barselona”nın vaxtı azalır: UEFA 70 sual göndərdi

UEFA “Barselona”ya korrupsiya ehtimalı ilə bağlı 70-dən çox sual göndərib.

İdmanxeber.az-ın məlumatına görə, artıq bir müddətdir klubun 2001-18-ci illər ərzində  Hakimlər Komitəsinin sabiq vitse-prezidenti Enrikes Neqreiraya rüşvət verdiyi iddia olunur. Söhbət təxminən 7,3 milyon avrodan gedir. 

Bildirilib ki, UEFA-nın iki müfəttişi öz hesabatlarında bu işə görə “Barselona”nın bir mövsüm avrokuboklardan məhrum edilməli olduğu qənaətinə gəlib.

“Marca” xəbər verir ki, UEFA-nın araşdırması hələ də açıqdır və ən azı bir həftə ərzində heç bir sanksiya olmayacaq. Buna səbəb katalonların UEFA müfəttişlərinin suallarını hələ də cavablandırmamasıdır. Müfəttişlər “Neqreyra işi” ilə bağlı kluba 70-dən çox sual göndəriblər.

Klub cavabları yaxın bir neçə gün ərzində göndərəcək. Bundan sonra UEFA “Barsa”nın  növbəti mövsümüm avrokuboklarda iştirakına icazə verib-verməməsi ilə bağlı yekun qərarı verməlidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43