“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri “Barselona”nın baş məşqçisi vəzifəsinə namizədlərdən biridir.
İdmanxeber.com-un məlumatına görə, bu haqda “L’Equipe” nəşri məlumat yayıb.
Kataloniya klubunun nümayəndələri Alleqrinin agentləri ilə də danışıqlar aparıblar.
Bununla yanaşı, italiyalı mütəxəssis “Barsa”nın baş məşqçisi vəzifəsinə əsas namizəd sayılmır. Luis Enrikenin mövsümün sonu komandadan ayrılmasından sonra onun yerinə “Atletik”in baş məşqçisi Ernesto Valverde və ya “Sevilya”nın çalışdırıcısı Xorxe Sampaolinin gətiriləcəyi bildirilir.