İtaliyanın “Bolonya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
İdmanxeber.az-ın məlumatına görə, növbəti mövsüm Çempionlar Liqasında çıxış edəcək komanda “Betis”dən Xuan Mirandanı transfer edib.
24 yaşlı müdafiəçi yeni klubuna azad agent kimi keçib. Futbolçuyla 2027-ci ilə qədər müqavilə bağlanıb.
“Barselona”nın yetirməsi olan Xuan İspaniya millisində bir oyunda meydana çıxıb.