İspaniyanın “Barselona” klubunun bu mövsümün sonunda forma sponsoru “Qatar Airways”la 2010-ci ildə bağlanmış müqavilə başa çatacaq.
İdmanxeber.com-un məlumatına görə, “Qatar Airways” artıq yaxın günlərdə yeni təklifini təqdim edəcək. Belə ki, ərəblər illik 80 milyon avro olan 4 illik müqavilə təklif etməyi planlaşdırır. Əgər yeni müqavilə imzalanarsa, bu yeni rekord göstərici sayılacaq.
Qeyd edək ki, hazırda forma sponsorundan ən çox qazanan klub “Mançester Yunayted”dir. İngiltərə təmsilçisi illik “Chevrolet” firmasından 71 milyon avro qazanır.