“Barselona” yarımmüdafiəçi Frenki de Yonqun zədəsindən narahatdır.
İdmanxeber.az-ın məlumatına görə, aprel ayında zədə alan oyunçu hələ də tam sağalmayıb. Onun durumunun ciddi oldu və uzun müddət meydanlardan kənar qalacağı bildirilir.
De Yonq 2019-cu ilin yayında “Barselona”ya keçib. Ümumilikdə o, klubda 213 oyun keçirib, 17 qol vurub və 21 məhsuldar ötürmə edib. Futbolçunun müqaviləsi 2026-cı ilin iyunun sonuna kimidir.