“Barselona”dan “Fiorentina”ya keçən Kevin Prins Boatenq maraqlı açıqlama verib.
İdmanxeber.az-ın məluçatına görə, qanalı furbolçu “Barsa”ya keçidini səhv addım kimi dəyərləndirib:
“Barselona”ya keçməklə səhv etdim. Bəlkə də, həyatımın ən pis qərarını verdim. Oyun praktikam yox idi, oynamırdım. Özümü hazır olmağa və psixoloji cəhətdən sınmamağa məcbur etməli idim”.
Ötən mövsümün ikinci yarısında icarə əsasında “Sassuolo”dan “Barselona”ya keçən 32 yaşlı futbolçu, La Liqada üç oyuna çıxmışdı.