“Barselona”da Lamin Yamalın ardından daha bir futbolçu zədələnib.
İdmanxeber.az-ın məlumatına görə, söhbət Robert Levandovskidən gedir. Belində ağrıları olan oyunçu Polşa millisinin heyətində olmayacaq. Onun 2-3 həftə sonra yenidən yaşıl meydanlara qayıdacağı bildirilib.
Levandovski cari mövsüm çıxdığı matçlarda 19 qol vurub, 2 assist edib.