Dünya futbolu

Baş məşqçi Ramil Şeydayev haqda: “Möhtəşəm oynayır”

Azərbaycan millisinin üzvü Ramil Şeydayevin formasını geyindiyi “Krılya Sovetov” Rusiya Premyer Liqasının 20-ci turu çərçivəsində səfərdə “Anji”ni 2:0 hesabı ilə məğlub edib.

Oyundan sonra Samara klubunun baş məşqçisi Miqodraq Bojoviç fikirlərini bölüşüb. Monteneqrolu mütəxəssis oyunda 2-ci qolun müəllifi olan Şeydayev barədə də danışıb: “Rahat oyun olmadı, ancaq qələbəni haqq etdiyimizi düşünürəm. İlk hissə çox çətin oldu, fasilədən sonra isə daha çox topla oynamağa başladıq. Ramil Şeydayev doğum günündə qol vurdu? O, son zamanlar möhtəşəm oynayır. Ramil üçün xoşbəxtəm. Şeydayev çalışqan və yaxşı oğlandır, belə oynamağa davam etsin”.

23 yaşlı hücumçu qış fasiləsindən sonra Samara klubunda 3 oyuna 3 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43