İdman

Basketbol üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək

Avropa çempionatı Azərbaycanda keçiriləcək – Basketbol üzrə

Basketbol üzrə gənclər arasında Avropa çempionatının C divizonu Azərbaycanda keçiriləcək.

İdmanxeber.az-ın məlumatına görə, 18 yaşadək oğlanlar arasında keçiriləcək çempionatda iştirak edəcək komandaların adlarına yanvar ayında aydınlıq gələcək.

Avropa çempionatının C divizionunun oyunları 2023-cü ilin 29 iyul-6 avqust tarixləri aralığında Bakıda baş tutacaq.

Azərbaycanın U-18 millisi sonuncu çempionatda bürünc mükafatın sahibi olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43