Dünya futbolu

“Barselona” “Çelsi”nin futbolçusunu istəyir

“Çelsi”nin futbolçusu Hakim Zieş karyerasını İspaniyada davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Barselona” futbolçunun xidmətində maraqlıdır. Kataloniya klubunun baş məşqçisi Xavi Hernandez komandadan ayrılan Mempis Depayın əvəzinə Zieşi heyətdə görmək istəyir.

Mətbuat yazır ki, “Çelsi” klubu isə mərakeşli oyunçunu “Barselona”lı Fran Kessi ilə dəyişdirmək təklifini irəli sürmək niyyətindədir.

Futbolçu klubdan ayrılmaq istəməsə də, Premyer Liqada oynamağa müsbət yanaşa bilər.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43