“Bavariya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
İdmanxeber.az-ın məlumatına görə, Münhen təmsilçisi Tom Bişof ilə 2029-cu ilə qədər müqavilə imzalayıb. Futbolçu mövsüm sonuna qədər “Hoffenhaym”da çıxış etməyə davam edəcək.
19 yaşlı yarımmüdafiəçi Münhen təmsilçisinə yayda qoşulacaq.