“Bavariya” yeni mövsüm üçün ilk transferini reallaşdırıb.
İdmanxeber.com-un məlumatına görə, Münhen təmsilçisi "Ştutqart"dan Coşua Kimmiçi heyətinə qatıb.
19 yaşlı yarımmüdafiəçi ilə 2020-ci ilə kimi müqavilə imzalanıb. Hazırda ikinci liqa komandası "Lepziq"də icarədə olan futbolçu bu ilin yayında "Bavariya"ya qoşulacaq.