“Bavariya” “Bernli”nin baş məşqçisi Vinsent Kompani ilə danışıqlara başlayıb.
İdmanxeber.az-ın məlumatına görə, Münhen komandası 38 yaşlı mütəxəssisdə böyük potensial görür. Artıq tərəflər arasında danışıqların birinci mərhələsi baş tutub.
Belçikalı “Bavariya”nın baş məşqçisi postuna iddialılar sırasındadır.
Kompani 2022-ci ildən “Bernli”yə rəhbərlik edir. Premyer Liqa bu mövsümünün sonunda 19-cu yeri tutub və Çempionşipə düşüb.