Dünya futbolu

“Bavariya” bu transferdən vaz keçdi

“Bavariya” “Ştutqart”ın futbolçusu Kris Führixi heyətinə qatmaqdan imtina edib

İdmanxeber.az-ın məlumatına görə, buna səbəb tərəflərin maliyyə məsələsində anlaşa bilməməsidi. Münhen təmsilçisi oyunçu üçün 20 milyon avro təklif etsə də, qarşı tərəf 30 milyon istəyib.

Tərəflər bir aydır 26 yaşlı yarımmüdafiəçi üçün danışıq aparırdı. 

Führix “Köln”, “Borussiya”(Dortmund), “Paderborn” klublarında oynadıqdan sonra 2021-ci ildə “Ştutqart”a keçib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43