Almaniya Bundesliqasının XXVII turu çərçivəsində səfərdə “Herta”nı məğlub edən (1:3) Münhenin “Bavariya” klubu sona 7 tur qalmış çempionluğunu rəsmiləşdirib.
İdmanxeber.com-un məlumatına görə, Dortmund “Borussiya”sının “Şalke”ylə oyunda xal itirməsindən sonra münhenlilərlə fərq 25 xala çatıb və “Bavariya” Berlində çempionluğunu bayram edib.