21 Sentyabr 2024
Dünya futbolu

“Bavariya” “Fulhem”lə anlaşdı

“Fulhem”in yarımmüdafiəçisi Joao Paulinya “Bavariya”ya keçəcək.

İdmanxeber.az-ın məlumatına görə, 29 yaşlı futbolçunun transferi bu gün açıqlanacaq. Bütün sənədlər imzalanıb, transfer məbləği 50 milyon avrodur.

Portuqaliyalının müqaviləsi 2028-ci ilin iyun ayına qədər davam edəcək və onu daha bir mövsüm uzatmaq imkanı var.

2023/24 mövsümündə Paulinyo “Fulhem”in heyətində bütün turnirlərdə 39 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı futbolçunun dəyərini 55 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43