Dünya futbolu

“Bavariya” iki oyunçusunu satmaq istəyir

“Bavariya” iki futbolçşusu ilə yollarını ayırmaq istəyir.

İdmanxeber.az “Bild” nəşrinə istinadən xəbər verir ki, Serj Qnabri və Leroy Sane klubun gələcək planlarına daxil deyillər. Mənbə yazır ki, oyunçuların çıxışından məşqçilər heyəti də narazıdır.

Futbolçular üçün gələcək ilk uyğun təklifin dəyərləndiriləcəyi bildirilir. Yayda Qnabri maaş artımıyla bərabər “Bavariya” ilə müqaviləsini uzadıb.

Sane isə mundialdan əvvəl 10 qol və 6 məhsuldar ötürmə edib. Çox vaxt ehtiyatda qalan futbolçunun hazırda zədəli olduğu deyilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43