19 Oktyabr 2024
Dünya futbolu

“Bavariya” ispaniyalı futbolçu ilə anlaşdı

İspaniyanın “Qranada” klubunun yarımmüdafiəçisi Brayan Saraqosa karyerasını “Bavariya”da davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu artıq tibbi müayinənin ilk hissəsindən keçib. Münhenlilər 22 yaşlı ispaniyalı üçün 15 milyon avro ödəyəcək. O, mövsümün sonuna qədər icarə əsasında”Qranada”da çıxış edəcək.

Bu mövsüm Saraqosa komandasının heyətində 14 oyun keçirib, 5 qol vurub və 2 məhsuldar ötürmə edib. Transfermarkt portalı onun dəyərini 8 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43