20 Fevral 2025
Kateqoriyasız

“Bavariya” “Liverpul”un təcrübəli futbolçusunu transfer etdi

Müqavilə ilə “Liverpul”a məxsus Xose Reyna karyerasını “Bavariya”da davam etdirəcək.

İdmanxeber.com-un məlumatına görə, ispaniyalı qolkiper Münhen klubu ilə bütün məsələlərdə anlaşıb. Onun transferi “Bavariya”ya 2 milyon funt sterlinqə başa gələcək.

“The Times”in xəbərinə görə, “Napoli”də icarə əsasında çıxış edən qapıçı ilə “Milan” da yaxından maraqlanırdı. Lakin təcrübəli əlcək ustasının yüksək məvacib istəməsi italyanları geri addım atmağa məcbur edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43